Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT (VİDEO)
18:02 HadisəŞuşada külli miqdarda silah-sursat aşkarlanıb.
Olaylar xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.
Qeyd edilib ki, göstərilən istiqamətdə DTX-nin əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31