Məşhur aktyor intihara cəhd etdi

"Geniş aile" serialındakı Cevahir obrazı ilə tanınan məşhur aktyor Ufuk Özkanın intihara cəhd etdiyi iddia olunub.

Musavat.com xəbər verir ki, xəstəxanaya çatdırılan Özkanın səhhətinin yaxşı olduğu bildirilib.

Aktyorun müalicəsinin davam etdiyi və səhhətinin yaxşı olduğu qeyd edilib.

Qeyd edək ki, Ufuk Özkan son olaraq qaraciyər çatışmazlığı ilə bağlı xəbərlərdə yer almışdı. Özkan orqan nəqli üçün gözləmə siyahısında idi. Səhiyyə Nazirliyi xəstəliyin aradan qaldırılması üçün tədbirlər də görmüşdü. Ufuk Özkan dərman qəbul etməyə başlamışdı. Orqan transplantasiyasına ehtiyac olmadan sağalmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31