Sel suları Balakəndə körpünü dağıtdı -

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraitinin hökm sürməsi bir sıra fəsadlar yaradıb.

Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən Hunbul çayından səhər saatlarında sel keçib.

Sel çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız vəziyyətə salıb.

Nəticədə avtomobil və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb.

Hazırda aidiyyəti qurumlar ərazidə işlər aparır.\\"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31