Qazaxın 4 kəndində nə qədər ərazi minadan təmizlənib?
17:25 HadisəQazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən icra edilən minatəmizləmə əməliyyatları zamanı 195.5 ha ərazi təmizlənib, 1,049 ədəd piyada əleyhinə mina, 98 ədəd tank əleyhinə mina və 48 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyindən (ANAMA) bildirilib.
"Qeyd edilmiş ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Təmizləmə əməliyyaları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2025-ci ilin 12 sentyabr tarixinədək 226,981 ha ərazi təmizlənib, 147,713 ədəd partlamamış hərbi sursat, 38,517 ədəd piyada əleyhinə mina, 22,185 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib".