Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb
12 Sentyabr 2025 10:14 HadisəCulfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.
Qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yol sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir./Report.az/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31