Rusiyada azərbaycanlı teleqram kanalı admini həbs edildi
18:16 HadisəKalininski Rayon Məhkəməsi Sankt-Peterburqda yaşayan azərbaycanlı Sənan Musayevi 1 il müddətinə azadlıqdan məhrum edib.
S.Musayev idarə etdiyi teleqram kanalında bir istifadəçinin azərbaycanlıları "azeri" adlandırmasına etiraz edib. Daha sonra isə həmin şəxsin şəxsi məlumatlarını yayıb və zorakılıqla hədələyib.
Məhkəmə onun bu hərəkətini Rusiya CM-nin 282-ci maddəsi (millətlərarası ədavət və nifrət salma) ilə qiymətləndirib.
Sənan Musayevə 1 il müddətinə ümumi rejimli koloniyada azadlıqdan məhrumetmə cəzası təyin edilib. (Operativ Media)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31