Bu təşkilat cərimələndi - Maliyyə hesabatını verməyib

"Gənclərin İnkişafı" İctimai Birliyi cərimələnib. Buna səbəb maliyyə hesabatını təqdim etməməsi olub.

Olaylar.az xəbər verir ki, İctimai Birlik İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunub.

Buna səbəb təşkilat tərəfindən maliyyə hesabatının vaxtında Maliyyə Nazirliyinə təqdim edilməməsi olub.

Səbail Rayon Məhkəməsinin çıxardığı qərardan narazı olan təşkilat apellyasiya şikayəti verib. Şikayət təmin edilməyib və qərar qüvvədə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31