Rusiyada xüsusi əməliyyat: Azərbaycan ordusunun keçmiş hərbçisi saxlanıldı
8 Sentyabr 2025 11:15 HadisəRusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Stavropolda keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
İddiaya görə, saxlanılan şəxs Ukraynaya çalışıb və Rusiya hüquq-mühafizə orqanlarının Yessentuki və Stavropolda yerləşən binalarında terror aktları törətməyi planlayıb. Onun barəsində cinayət işinin açıldığı bildirilir.
FTX saxlanılan şəxsin əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etdiyinə dair məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31