Dünya çempionu olan Emin Moskvada HƏBS OLUNDU
6 Sentyabr 21:58 HadisəTaekvondo üzrə dünya çempionu Emin Çetinbağ cinayətkar qruplaşmanın tərkibində dələduzluqla bağlı Moskvada həbs olunub.
Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi bildirir ki, qruplaşmada bir neçə keçmiş polis əməkdaşı da iştirak edib.
İstintaqın məlumatına görə, qrup 2025-ci ilin fevralından etibarən "əməliyyat tədbirləri" adı altında vətəndaşları hədələyərək onlardan külli miqdarda pul tələb edib. Zərərçəkənlərə ümumilikdə 4 milyon rubldan çox ziyan dəyib.
İş üzrə 5 nəfər artıq həbs olunub, daha biri isə axtarışdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31