AZAL-ın təyyarəsi illər sonra ilk dəfə Təbrizə eniş etdi

AZAL-a məxsus sərnişin təyyarəsi 5 ildən sonra ilk dəfə İranın Təbriz şəhərinə eniş edib.

Musavat.com xəbər verir ki, bu haqda "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vətən müharibəsindən sonra ilk dəfə Təbriz Hava Limanına eniş edib.

Bu reys Bakı-Təbriz hava əlaqələrinin bərpası baxımından əlamətdar hadisə kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31