Naxçıvanda istirahət mərkəzində ailə faciəsi - Ölənlər var
5 Sentyabr 09:51 HadisəNaxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.
"Nuhçıxan" xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Belə ki, ailənin 2 üzvü hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.
Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Baş verən hadisələrlə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31