Sabunçuda işgəncəyə məruz qalan uşaq səhiyyə müəssisəsinə yerləşdirilib - RƏSMİ
2 Sentyabr 23:04 HadisəSentyabrın 1-də saat 11:00 radələrində çoxsaylı xəsarətlər səbəbilə 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində ödəm, sol əl pəncəsində ödəm müşahidə olunub.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31