Astronomik möcüzə: Bu tarixdə Ay qırmızıya boyanacaq

Sentyabrın 7-də 2025-ci ilin ikinci tam Ay tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Olaylar.az-a verilən məlumata görə, bu, tam Ay tutulmasıdır və bəzən "Qanlı Ay" da adlandırılır.

Məlumata əsasən, yarımkölgəli tutulma saat 19:28-də, qismən tutulma 20:27-də, tam tutulma isə 21:30-da başlayacaq. Tutulmanın maksimumu 22:11-də müşahidə ediləcək. Tam faza 82 dəqiqə davam edəcək və 22:52-də başa çatacaq. Hadisə 00:55-də tam olaraq sona çatacaq.

2025-ci ilin ikinci Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycanda isə tutulmanı axşam saatlarından gecə yarısına qədər müşahidə etmək mümkün olacaq.

Mütəxəssislər bildirirlər ki, ölkə vətəndaşları sentyabrın 7-də unikal təbiət hadisəsi - "Qanlı Ay" tutulmasını canlı izləyə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31