Dənizdə batan 26 yaşlı qız belə xilas edildi - VİDEO

Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsində olan şəxs xilas edilib.

Olaylar xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü J.Rzayeva dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31