Əfqanıstan-Pakistan sərhədində zəlzələ: 20 ölü, 100-dən çox yaralı
1 Sentyabr 2025 08:20 HadisəƏfqanıstanın şərqində, Pakistanla sərhəddə 6 bal gücündə zəlzələ baş verib.
Trend BBC-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Bununla belə, ABŞ Geoloji Xidməti "ölənlərin sayı yüzlərlə ola bilər" ehtimalını irəli sürüb.
Zəlzələ sentyabrın 1-nə keçən gecə, yerli vaxtla saat 23:47-də qeydə alınıb. Episentr Əfqanıstanın paytaxtı Kabildən təxminən 200 km, Pakistanın paytaxtı İslamabaddan isə 400 km məsafədə, 8 km dərinlikdə yerləşib.
Əsas təkandan sonra maqnitudası 4,5-5,2 olan üç yeraltı təkan da müşahidə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31