Namiq Qaraçuxurlu Rusiyaya gedərkən hava limanında saxlanıldı

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu Rusiyaya gedərkən hava limanında saxlanılıb.Bu barədə Teleqraf-a Namiq Qaraçuxurlunun köməkçisi İlkin Şükürov məlumat verib.O qeyd edib ki, hadisə bu gün səhər saatlarında baş verib."Namiq Qaraçuxurlu Rusiyaya gedərkən təxminən 9 saata yaxın Şeremetyevo Beynəlxalq Hava Limanının əməkdaşları tərəfindən saxlanılıb. Mən isə 5 saat saxlanıldım. Lakin hazırda hər şey yaxşıdır və biz Rusiyadayıq", - meyxanaçının köməkçisi əlavə edib.

Qeyd edək ki, bu haqda ilk xəbəri Olay.az saytı yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31