Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
27 Avqust 20:18 HadisəTürkiyənin Adana şəhərində körpüdən keçərkən telefonu suvarma kanalına düşən gənc oğlan onu götürmək üçün suya girib.Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, suya girən gənc telefonunu axtararkən qəfildən yoxa çıxıb.Onun itdiyini görən ətrafdakılar hadisə barədə polisə məlumat veriblər.
Hadisə yerinə dəniz polisinin dəstələri gəlib, axtarışlara başlanıb.Təxminən bir saatlıq axtarışlardan sonra gənc oğlanın meyiti tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31