Ağdamda ata azyaşlı körpəsini döyərək ölümcül hala salıb

Ağdamda ata azyaşlı körpəsini döyərək ölümcül hala salıb.

Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Rəhimov Musa Sadiq oğlu ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına gətirilib. Onun vəziyyətinin kəskin ağır olduğu bildirilir.

Əməli törətməkdə şübhəli bilinən ata Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

Ağdamda baş vermiş hadisənin bəzi təfərrüatı məlum olub.

Sözügedən körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb. Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə nahiyəsini dişləyərək xəsarət yetiribmişlər.

Körpə müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb. Lakin sonradan uşaq valideynlərinə qaytarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31