Kəlbəcərdə partlayış, xəsarət alanlar var


"26 avqust 2025-ci il tarixində Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı sözügedən hadisə baş vermişdir. Heç bir dağıntı və ya yanğın baş verməmişdir. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət almışdır. Yaralılara dərhal tibbi yardım göstərilmiş, həyatları üçün hər hansı bir təhlükə mövcud deyildir."

Milli.Az xəbər verir ki, bu sözlər Kəlbəcər rayonu Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsələ ilə bağlı sorğuya cavabında öz əksini tapıb.

Bildirilib ki, hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31