“Sədərək”dəki yanğınla bağlı araşdırmalara başlanıldı

"Sədərək" ticarət mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Olaylar.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, avqustun 24-də baş verən yanğınötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31