Ağdərədə yanğın başladı
20:28 HadisəAğdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.
Musavat.com-un məlumatına görə, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazidə anidən yanğın başlayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Bundan başqa əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31