Bakıda yataqxanada yanğın - Zəhərlənənlər var
25 Avqust 18:49 HadisəBakıda yataqxana binasında yanğın olub.
Olaylar xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məliumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb.
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31