Azərbaycanda DƏHŞƏT: gəlin qayınananı xəstəxanalıq etdi
25 Avqust 18:51 HadisəGəncədə bıçaqlanma hadisəsi baş verib.Hadisə şəhər ərazisində qeydə alınıb.
Daşkəsən rayon sakini 55 yaşlı N.Paşayeva və onun oğlu O.Paşayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ana və övladı əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, N.Paşayevanı və onun oğlu O.Paşayevi gəlinləri bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədova saxlanılıb.Faktla bağlı araşdırmalar davam etdirilir. //APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31