Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb (FOTO)

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlərlə Ağdərə rayonu, Oratağ kəndi istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib.

Qeyd edək ki, avqustun 21-də Ağdərədə yanğın baş verib. Yanğın hadisəsi Ağdərə şəhər dağlıq ərazidə yerləşən meşə massivində başlayıb.

Yanğın baş verən əraziyə FHN-nin Ağdərə rayon yanğınsöndürən briqadasının texnikası və əməkdaşları cəlb edilib.

xxx

21.08.2025

 

12:14

Ağdərə.

Ağdərədə yenidən yanğın başlayıb.

Yanğın hadisəsi Ağdərə şəhər dağlıq ərazidə yerləşən meşə massivində başlayıb.

Yanğın baş verən əraziyə FHN-nin Ağdərə rayon yanğınsöndürən briqadasının texnikası və əməkdaşları cəlb edilib.

Hazırda yanğın davam edir.

Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)

Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31