Ərəblər şəhidlərimizi təhqir etdi – Agentlikdən açıqlama
11:57 HadisəƏrəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videoya çəkməsi ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Olaylar.az xəbər verir ki, bu barədə Teleqraf-a Dövlət Turizm Agentliyindən bildirilib.
Vurğulanıb ki, Dövlət Turizm Agentliyi mütəmadi olaraq maarifləndirici təlim və görüşlər təşkil edir:
"Agentlik turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya verməyi tövsiyə edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31