Ağdərənin Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində yanğın baş verib.
Alov sürətlə yayılaraq geniş əraziləri əhatə edib. Yanğın zamanı ərazidə iki dəfə mina partlayışı qeydə alınıb.
Ərazidə minaların çoxluğu Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qruplarının hadisə yerinə müdaxiləsini xeyli çətinləşdirir. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31