Polis sərhədyanı rayonlarda əməliyyatlara başladı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı rayonlarda əməliyyattədbirləri intensivləşdirilib. 

Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı 50 yaşlı Cəlilabad rayon sakini Elşən Şəmmədov tutulub.

Ondan 30 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq onun ayrı-ayrı vaxtlarda İranvətəndaşları ilə olan əlbirliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31