Bu məşhur azərbaycanlıları itirdik… – SİYAHI

2025-ci ildə cəmi 7 ay geridə qalsa da, bir çox elm, mədəniyyət, siyasət və incəsənət xadimlərini vəfat edib. 

Olaylar.az 2025-ci ildə vəfat edən tanınmış azərbaycanlıları təqdim edir:

5 yanvar - Aktyor Azər Baxşəliyev 39 yaşında, uzun sürən böyrək çatışmazlığından vəfat edib.

13 yanvar - Naxçıvanın sabiq baş naziri Şəmsəddin Xanbabayev 85 yaşında dünyasını dəyişib.

15 yanvar - Aktrisa Çimnaz Sultanova 54 yaşında xərçəng xəstəliyindən vəfat edib.

18 yanvar - Tanınmış iş adamı, "Azərsun Holding"in prezidenti, "Qarabağ"ın fəxri prezidenti Abdolbari Gozal 76 yaşında vəfat edib.

17 fevral - Hüquq elmləri doktoru, professor, Ədalət Partiyasının sədri və keçmiş millət vəkili İlyas İsmayılov 86 yaşında dünyasını dəyişib.

24 fevral - Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə uzun sürən xəstəlikdən 70 yaşında vəfat edib.

12 mart - Xalq artisti, balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib.

16 mart - Xalq artisti, rejissor və aktyor Ənvər Həsənov dünyasını dəyişib.

30 aprel - Xalq rəssamı, "Azərbaycanfilm"in məşhur kino rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.

8 iyul - Azərbaycan Yazıçılar Birliyinin üzvü, Vətən müharibəsi iştirakçısı, şair Həsən Kür  beyin qanaması nəticəsində dünyasını dəyişib.

24 iyul - Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

1 avqust - Muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayev 87 yaşında dünyasını dəyişib.

3 avqust - Xalq yazıçısı, tanınmış ictimai xadim Elçin Əfəndiyev 82 yaşında vəfat edib. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31