Yazıçı Anar göz yaşlarını saxlaya bilmədi: "Ən yaxşı dostumu itirdim, taleyin cəzasıdır"

Azərbaycan ədəbiyyatı böyük yazıçısını, xalqımız isə böyük bir xadimini itirdi.

Olaylar.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Xalq yazıçısı Elçinlə vida mərasimində deyib.

Anar ən yaxın dostunun vəfatından dərin sarsıntı keçirdiyini bildirib:

"Mən ən yaxın dostumu itirdim. Bu taleyin cəzasıdır, bəlkə də, mən dostlarımın dəfn mərasimində çıxış edirəm. Elçin mənim üçün çox vəfalı və etibarlı dost idi. Mən indi bilmirəm kimə zəng edəcəyəm. Yenə də deyirəm, bu mənim üçün taleyin cəzasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31