TASS agentliyi həmin xəbərin sərlövhəsini dəyişdi

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndiilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, yeni sərlövhədə "Stepanakert" sözü "Dağlıq Qarabağ" ifadəsi ilə əvəzlənib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" sərlövhəli xəbər yaymışdı.

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb.

TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib - FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31