Qonşu ölkələr hərəkətə keçdi: Azərbaycanda da risk var – XƏBƏRDARLIQ
1 Avqust 10:20 HadisəYay mövsümünün başlanması ilə dənizə üz tutanların sayı artsa da, eyni zamanda xəstəliklərin yayılması barədə xəbərdarlıqlar çoxalıb. Artıq Türkiyə və Rusiyada bununla bağlı məlumatlar tirajlanır. Məsələn, türkiyəli mütəxəssislər bildirirlər ki, vəba da daxil olmaqla, ciddi xəstəliklərə səbəb ola biləcək "Vibrio" bakteriyasına yoluxma riski var. Rusiyada da suya daxil olanların bir çoxunun bədənində səpkilər aşkarlanıb. Hazırda Azərbaycanda da çimərliklərə tələbat çoxdur.
Çimərliklərdə virusdan necə qorunmaq olar? Vətəndaşlar nəyə diqqət etməlidirlər?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan terapevt Aygün Sayılovadeyib ki, viruslardan qorunmaq üçün çimərliyin təmizliyinə diqqət etmək lazımdır:
"Çirklənmiş su mikroblar və viruslarla dolu ola bilər. "Vibrio" kimi bakteriyalar, adətən kanalizasiyanın dənizə qarışdığı ərazilərdə aşkarlanır. Dəniz suyunun tərkibi normalara uyğun deyilsə, həmin sahələrdə çimmək məsləhət görülmür. Bununla yanaşı, ictimai çimərliklərdə çox sayda insan toplanır və bu da infeksiya riskini artırır. Mümkün olduğu qədər az sıxlıq olan yerlər seçilməlidir. Bu dövrlərdə infeksiya təhlükəsi səbəbilə dənizdən qaçınmaq lazımdır".
Aygün Sayılova
Terapevt qeyd edib ki, körpə uşaqları suya salmaq qətiyyən tövsiyə edilmir:
"1-3 yaşlı uşaqların ağzına su getməməsinə diqqət yetirmək lazımdır. Dəridə yara və ya kəsik varsa, dəniz suyunun içində uzun müddət qalmaq tövsiyə olunmur. Çünki yaralar infeksiya və virusların bədənə daxil olması üçün açıq qapıdır. Çiməndən sonra xüsusən əllər yaxşı yuyulmalıdır".