Türkiyəli müğənni Bakı konsertini ləğv etdi - ŞOK SƏBƏB+VİDEO

Türkiyəli tanınmış müğənni Rıza Tamer Bakıda baş tutacaq konsertini ləğv edib.

Olaylar.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib.

O, konsertin ləğvinə səbəb kimi Türkiyə lirəsinin Azərbaycanda keçərli olmamasını göstərib. Onun sözlərinə görə, Türkiyə və Avropa ölkələri də daxil olmaqla, türk lirəsinin qəbul edilmədiyi heç bir ölkədə səhnəyə çıxmaq istəmir:

"Bu gün normalda Bakıda konsertimiz olmalı idi. Hətta bir gün öncədən getdik ki, bir az gəzək. Məkanla bağlı əslində heç bir problemimiz yoxdur. Çox gözəl davrandılar, gözəl qarşıladılar. Möhtəşəm insanlardır. Amma konsertimizi ləğv etməyə məcbur olduq. Çünki mən türk pulunun keçmədiyi heç bir ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm, mənə əsəbləşməyin, bir az anlayış göstərin. Və bu, mənim üçün bir dərs oldu. Azərbaycanda türk pulunun keçmədiyini gördükdən sonra, menecerlərimin Avropada planlaşdırdığı turneni də ləğv edirəm. Avropa daxil olmaqla, türk pulunun keçmədiyi heç bir ölkədə konsert vermək istəmirəm. Bu, mənim şəxsi fikrimdir. Bəlkə əsəbləşənlər olacaq, amma anlayış göstərin, xahiş edirəm. Qətiyyən və qətiyyən, türk lirəsinin keçmədiyi, Avropa ölkələri də daxil olmaqla, heç bir ölkədən bizə konsertlə bağlı zəng gəlməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31