Laçında dağlıq ərazidə yanğın baş verib

Laçında dağlıq ərazidə yanğın baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dağlıq ərazidə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31