Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancdı
29 İyul 13:44 HadisəÖtən gün Badamdar şossesində yerləşən Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancıb.
Olaylar.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə zərəçəkən azyaşlının ailəsinə yaxın şəxslər sosial şəbəkələrdə məlumat paylaşıb.
Məlumata görə, xəstəxanaya çatdırılan 6 yaşlı uşağa həkimlər müdaxilə edib.
Hazırda azyaşlının müalicəsi davam etdirilir. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31