Beyləqan rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Sürücü ağır xəsarət alıb.
Hadisə saat 16 radələrində Dünyamalılar kənd avtomobil yolunda qeydə alınıb.
Belə ki, Anar Şükürovon idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan minik avtomobilinə daha sonra isə daş hasara çırpılıb. Qəza zamanı ağır xəsarətlər alan A.Şükürov Beyləqan Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"1993-cü il təvəllüdlü şəxsə sol alın, baş, alt çənə, boyun nahiyəsinin əzilmiş, cırılmış açıq zədəsi, alt çənə sümüyünün yerdəyişmiş sınığı diaqnozu təyin edilib.
Pasiyentin ixtisaslı tibbi müayinə olunması üçün Bakı şəhərində olan tibb müəssisələrindən birinə təxliyə olunması üçün hazırlıq işləri görülür".
Faktla bağlı araşdırma aparılır.