Bu firmanın rəhbəri cəzalandırıldı- Dövlətə 89 min manatlıq ziyan vurmuşdu

Qaradağda qanunsuz olaraq əhəng daşı hasilatı həyata keçirən fima müəyyən edilib.

Olaylar.az xəbər verir ki, lisenziya olmayan "Günay" firması tərəfindən Qaradağ royununda əhəng daşı hasilatı həyata keçirilib.

Müəyyən edilib ki, "Günay" firması tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyərək əhəng daşı hasilatı aparılmaqla dövlətə və təbiətə cəmi 89.712 manat məbləğində maddi ziyan vurulub.

Hazırda fəaliyyəti dayandırılan şirkətin rəhbəri olmuş şəxs məsuliyyətə cəlb edilib. Onun barəsində cinayət işi açılıb.

Aparılan araşdırma zamanı təqsirləndirilən şəxs dövlətə dəymiş zərəri tam olaraq ödəyib. Buna görə də məhkəmə onun barəsində yüngül cəza təyin edib.

Şirkət rəhbəri barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31