Ağdamda növbəti güclü yanğın: helikopter cəlb olunub

Ağdamda baş verən güclü yanğın hadisəsinə əlavə kömək cəlb edilib

Rayonun Gülablı kəndində baş verən yanğın genişlənərək ətraf ərazilərə yayılıb.

Bu səbəbdən də əraziyə kömək üçün FHN-nin Ağcabədi, Yevlax şəhərlərindən əlavə yanğınsöndürən maşınları və işçi qüvvələri cəlb edilib.

Hazırda Yevlax rayon yanğınsöndürən briqadası yanğın baş verən əraziyə çatıb.

Digər Ağcabədi rayon yanğınsöndürən əməkdaşları hadisə yerinə çıxış edib. Hazırda ərazidə 1 helikopter, 4 yanğınsöndürən avtomobili və işçi qüvvələri yanğınsöndürmə əməliyyatını davam etdirir.

xxx

14:03

Ağdamda növbəti güclü yanğın başlayıb.

Güclü yanğın rayonun Gülablı kəndi istiqamətində müşahidə olunur.

Hazırda FHN-in yanğınsöndürən əməkdaşları kənd istiqamətinə hərəkət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31