Lənkəranda dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı saxlanılıb
24 İyul 17:39 HadisəLənkəranda dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə Olaylar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
"İyulun 22-də Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı - Savfan Məhəmməd Əsəd saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir", - məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31