Emin Ağalarovun başına iş gəldi - Səsi batdı, amma...
24 İyul 16:21 HadisəXalq artisti Emin Ağalarov "DreamFest" festivalından öncə səhhəti ilə bağlı gözlənilməz hadisə ilə qarşılaşıb. Sənətçinin səsi batıb.
Olaylar.az bildirir ki, Emin Ağalarovun özü bu barədə sosial şəbəkədə paylaşdığı videoda məlumat verib.
"Festival ərəfəsində səsim batdı. İnanılmazdır, çünki adətən belə şeylər mənim başıma gəlmir. Amma elə festivalın başlandığı gün səsim tamam getdi. Hazırda intensiv inqalasiya prosedurları edirəm", -deyə Emin bildirib.
Sənətçi bildirib ki, istənilən halda çıxışını ləğv etməyəcək:
"Əgər səsim düzəlsə, tamaşaçılar üçün hər zamankı kimi oxuyacağam. Yox, düzəlməsə də, pis də olsa canlı ifa edəcəyəm. Mən heç vaxt fonoqramdan istifadə etmirəm və bu dəfə də istisna olmayacaq. Necə alınırsa, elə də olacaq".
Qeyd edək ki, Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən möhtəşəm musiqi festivalları artıq illərdir yerli və xarici ulduzların iştirak etdiyi ənənəvi sənət bayramına çevrilib.