Tətili zəhərə dönənlər

Zəhərlənmələr turizmə zərbə vurur - ekspertlər təhlükəsiz qida və keyfiyyətli xidmət tələb edir

Kürdəmir rayonunda yerləşən "Naftalan" ailəvi restoranında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində 24 nəfər xəstəxanaya yerləşdirilib. Qida təhlükəsizliyi ilə bağlı araşdırmalara start verilib, obyektin fəaliyyəti dayandırılıb.

Turizm sahəsində olan müşahidəçilərin fikrincə, ucuz qiymət mütləq təhlükə demək deyil, lakin qiymət real xərcə uyğun gəlmədikdə, həmin məhsul və ya xidmətin haradansa qənaətlə əldə olunduğu ehtimalı artır.

Bu qənaət isə çox zaman məhsulun keyfiyyəti, gigiyenik və sanitar şəraiti, saxlanma və hazırlanma prosesi kimi mühüm sahələrdə baş verir. Xüsusilə tez xarab olan qida məhsulları - ət, süd, yumurta, salat, mayonezli yeməklər və dəniz məhsulları kimi qidalarla ehtiyatlı olmaq vacibdir. Eyni zamanda belə obyektlərin monitorinqi davamlı xarakter daşımalı, qaydalara əməl olunmasına nəzarət gücləndirilməlidir.

Ancaq Azərbaycanın turizm məkanlarında, istirahət və əyləncə məkanlarında qiymətlərin həddən artıq baha, xidmətin isə aşağı səviyyədə olması kimsəyə sirr deyil. Azərbaycanda turizm sahəsini inkişaf etdirmək istəyiriksə, iki məsələyə diqqət yetirməliyik: Birincisi xidmət, ikincisi qiymətdir. İlk olaraq bu iki məsələ öz həllini tapmalıdır. Çünki xidmətdə də, qiymətdə də müəyyən qədər problemlər var.

Məhsəti Hüseynova: Qidalar bizi niyə zəhərləyir? - Sağlam Qida

Məhsəti Hüseynova 

Olaylar.az xəbər verir ki, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Yeni Müsavat"a şərhində bildirdi ki, yay aylarında yüksək risk qrupuna aid olan qidalar daha tez xarab olur. Mütəxəssis vurğuladı ki, bu cür qidaların tərkibində mikroorqanizmlər, bakteriyalar, virus, kif asanlıqla çoxala bildiyi üçün zəhərlənmə riski yaradır: "Bir sıra qidalar var ki, onları istər çiy şəkildə, istərsə də bişirilmiş şəkildə saxlayarkən mütləq soyuq qida zəncirinə diqqət etmək lazımdır. Xüsusilə heyvan mənşəli qidalar zülal tərkibli olduğu üçün onlar daha tez xarab ola bilir. Buna görə də bu məhsullar doğru şəkildə mühafizə olunmalıdır. Bişirilərkən istehlak olunacaq qədər bişirilməlidir. Bundan əlavə, bişirməyə hazırlayarkən doğrama taxtası, bıçaqlar təmiz olmalıdır. Süd və süd məhsulları da daha tez xarab olmağa meylli olduqlarına görə mənşəyi bəlli olan yerdən alınması məsləhətdir. Əgər təmiz, konservantsızdırsa, daha tez xarab olmaması üçün yeni olan istehlak edilməli, soyuducuda saxlanmalıdır. Dəniz məhsulları da hər zaman risk qrupundadır. Həm çiy, həm də bişmiş yumurta, yumurtalı souslar, mayonezlər, şirniyyatların təzə olmasına, soyuq temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda mütləq şəkildə mövsümi olmayan meyvə-tərəvəzləri alarkən və saxlayarkən diqqətli olmaq lazımdır, çünki onların yetişməsində süni istilik, kimyəvi maddələr, gübrələr, hormonlardan istifadə olunur. Mövsümündə alınmayan meyvə-tərəvəz  xüsusilə uşaqlar və yaşlılar, xroniki xəstəliyi olan şəxslər, hamilələr, immun sistemi aşağı olan şəxslər üçün risk yarada bilər. Mövsümi meyvə-tərəvəzi də yuduqdan sonra yemək lazımdır. Qabıqsız yeyilən qidalar doğranarkən qabığındakı mikroorqanizmlər qidaya keçə bilər. Diqqət etmək lazımdır ki, qabıqsız yeyilən meyvə-tərəvəzlər gigiyenik qaydalara riayət olunmadığı təqdirdə müxtəlif salatlarda, smuzilərdə, meyvə salatlarında, bir sözlə, başqa qidalarla birgə qəbul edildikdə daha tez zəhərlənməyə səbəb ola bilər. İstənilən qidanı mütləq mənşəyi bəlli olan yerdən almaq lazımdır. Keyfiyyətsiz məhsul hər zaman zəhərlənməyə səbəb olmur. Hətta keyfiyyətli məhsulu da doğru şəraitdə saxlamadıqda tərkibində bakteriyalar çoxalır". 

Turizm üzrə ekspert Əziz Şiriyev isə mövzunu belə şərh etdi: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sertifikatına malik olan iaşə obyektləri sertifikatı məkanın girişində asır. Eyni zamanda elə qidalardan istifadə olunmalıdır ki, yay mövsümündə zəhərlənmə riski yaratmasın. Sertifikatın olması o deməkdir ki, məhsulların saxlanması və digər normalar məkan tərəfindən qorunmalıdır. Yolüstü restoranların əksəriyyətində mütəmadi xidmət göstərilir və zəhərlənmə kimi hallar nadir hallarda olur. Turistlərə tövsiyə edirəm ki, təmiz, səliqəli, AQTA sertifikatına malik məkanlarda otursunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31