Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb: helikopter cəlb olunub
23 İyul 17:40 HadisəFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
xxx
17:35
Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb.
Yanğın Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonun Hadrut qəsəbəsində başlayıb.
Belə ki, Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-nin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarının yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.
Yanğın davam edir.