Rusiyada daha bir azərbaycanlı SAXLANILDI
23 İyul 10:04 HadisəRusiyanın Yekaterinburq şəhərində azərbaycanlı biznesmen Elvin Şükürovun saxlanıldığı bildirilir.
Olaylar.az xəbər verir ki, o, Sverdlovsk vilayətinin Pervouralsk ərazisində qanunsuz spirt istehsalı və qablaşdırılması ilə məşğul olan yeraltı sexin fəaliyyətində şübhəli bilinir.
İlkin məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sexdə nəhəng miqdarda saxta içki, etiket və qablaşdırma vasitələri aşkar olunub. Elvin Şükürovun həmin istehsalat obyektinin təşkilində və idarə olunmasında iştirak etdiyi ehtimal olunur.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31