Xəzərlə bağlı narahatlıq yaradan xəbər: Rekord səviyyədə…

"Xəzər dənizi rekord səviyyəyə qədər dayazlaşıb. Suyun səviyyəsi bütün müşahidələr tarixində ən aşağı səviyyəyə enib".

Olaylar.az xəbər verir ki, bu barədə Ümumrusiya Elmi Tədqiqat Balıqçılıq İnstitutunun (KaspNIRKh) Volqa-Xəzər bölməsi məlumat yayıb.

"Xəzərdə suyun səviyyəsi 2022-ci ildən 2023-cü ilə qədər olan dövrdə 29 santimetr azalıb. Mütəxəssislər belə dinamikanın səbəbləri arasında temperaturun və istixana qazlarının emissiyalarının həcminin artmasının adını çəkirlər. Bu fonda dəniz səthindən su sürətli buxarlanır. Xəzər dənizinə axan çayların suyunun aktiv istehlakını da vacib amildir", - deyə bildirilib.

Qeyd edək ki, mart ayında mərkəzi qurşağın çaylarında və Volqa hövzəsində suyun səviyyəsi kritik dərəcədə aşağı olub. Bununla əlaqədar bir sıra rayonların su təchizatında problem olacağı proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31