Elçin Göyçaylı həbs olundu – Səbəb
18 İyul 2025 12:52 HadisəMüğənni Elçin Göyçaylı həbs olunub.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.
Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib.
Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.
Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnının müəllifidir. O, daha çox "Nə oldu, Paşinyan?" ifası ilə məşhurdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31