Cəlilabaddakı yanğın məhdudlaşdırıldı - yenilənib
15 İyul 20:50 Hadisə
Cəlilabaddakı yanğında tüstüdən zəhərlənən şəxs artıq evə buraxılıb.
Bu barədə TƏBİB-dən bildirilib.
"15.07.2025-ci il tarixində saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Cəlilabad rayonunun Zopun kəndi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Ona zəruri tibbi yardımlar göstərildikdən sonra vəziyyəti stabilləşib və ambulator müalicə üçün evə buraxılıb", - qurumdan qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31