COVID artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur - ÜST rəsmisi
15 İyul 2025 11:32 HadisəCOVID artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərin sualına cavab olaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O qeyd edib ki, COVID tam olaraq bitməyib və gələcəkdə də həyatımızda olmağa davam edəcək:
"Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır".
O vurğulayıb ki, qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31