Avropada güclü zəlzələ baş verdi
11:56 Hadisəİspaniya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın Milli Coğrafiya İnstitutu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Aralıq dənizində, krallığın cənub-şərqindəki Palos burnu ərazisində olub. Zəlzələnin mənbəyi təxminən 2 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Mursiya və Əndəlus muxtar icmalarının müxtəlif məntəqələrində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31