Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Yekaterinburqun Koltsovo hava limanında Azərbaycana bəyan olunmamış dərman preparatları keçirməyə cəhd edən iki azərbaycanlı saxlanılıb.

Regional gömrük mətbuat xidmətinin məlumatına görə, yoxlama zamanı sərnişinlərin üzərindən 200-ə yaxın ampula natrium tiosulfat aşkarlanıb. Onlardan biri izahatında bildirib ki, dərmanları Azərbaycana göndərmək üçün dostundan alıb. Digəri isə həmin dərman preparatlarını onun xahişi ilə tanımadığı bir şəxsdən götürdüyünü deyib.

Onlar bu cür yüklərin rəsmi qeydiyyata alınmasının vacibliyindən xəbərsiz olduqlarını iddia ediblər.

Hazırda onların barəsində inzibati tədbirlərin görüləcəyi və cərimələnəcəkləri gözlənilir./Milli.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31