Emin Ağalarov Rusiya ilə bağlı planı dəyişdi – 1 il sonra…
10:59 HadisəXalq artisti Emin Ağalarovun Rusiyada planlaşdırılan konserti təxirə salınıb.
Olaylar.az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.
Emin Ağalarov sosial şəbəkə hesabında paylaşım edərək konsertin olmayacağını açıqlayıb. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib.
Əlavə olunub ki, konsertə alınan biletlər sözügedən tarixdə keçərli olacaq, lakin istəyən onu geri qaytara bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31