Azərbaycan Yekaterinburqda öldürülən qardaşların meyitlərinə öz ekspertizasını keçirəcək

Baş Prokurorluğun İstintaq İdarəsi Rusiyanın Yekaterinburq şəhərində xüsusi əməliyyat zamanı öldürülən azərbaycanlı qardaşların meyitlərinin ölkəmizdə müayinə olunacağını bildirib.

Bu addım hadisənin bütün detalları üzrə hərtərəfli və şəffaf araşdırma aparılması məqsədi daşıyır.

Hadisə Azərbaycan ictimaiyyətində dərin hiddət doğurub və proses dövlət səviyyəsində ciddi nəzarətdə saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31